"Gardashlar Mebel Doubles Championship 2024"ün 11-ci turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2024"ün 11-ci turniri keçirilib

25 avqust "Gardashlar Mebel Doubles Championship 2024"ün 11-ci turniri keçirilib.

15 cütlüyün mübarizə apardığı turnirin finalında Əziz Manafov / Nicat Cahangir cütlüyü Teymur Dadashev / Fuad Quliyev cütlüyünü 6-4 hesabı ilə məğlub edərək çempion olublar. Sonda finalçılara və digər iştirakçılara "Spektr", "Happy Moon's Cafe", "Fikus Baku", "Cinnabon" və "Mobitek"dən kuponlar hədiyyə edilib.

Xatırladaq ki, oktyabrın sonunda reytinqdə ilk 5-likdə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında turnirə dəvətnamə qazanacaq.