"Gardashlar Mebel Doubles Championship 2024"ün 10-cu turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2024"ün 10-cu turniri keçirilib

18 avqust "Gardashlar Mebel Doubles Championship 2024"ün 10-cu turniri keçirilib.

18 cütlüyün mübarizə apardığı turnirin finalında Hafiz Deystani / Teymur Dadaşov cütlüyü Nicat Cahangir / Vüsal Bağırov cütlüyünü 6-4 hesabı ilə məğlub edərək çempion olublar. Sonda finalçılara və digər iştirakçılara "Spektr", "Happy Moon's Cafe", "Fikus Baku", "Cinnabon" və "Mobitek"dən kuponlar hədiyyə edilib.

Xatırladaq ki, oktyabrın sonunda reytinqdə ilk 5-likdə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında turnirə dəvətnamə qazanacaq.