Elçin Manafov Tennis.az liqasında "100-lər klubu"nda
Tennis.az həvəskar tennis liqasında növbəti əlamətdar statistik nailiyyət qeydə alınıb. Liqa iştirakçılarından Elçin Manafov 100-cü qələbəsini qazanaraq “100-lər Klubu”na daxil olub.
Elçin Manafov Tennis.az liqasına 2021-ci ilin may ayında qoşulub. Bu müddət ərzində o, liqa çərçivəsində 170 matç keçirib və sabit çıxışı ilə diqqət çəkib. Onun 100-cü qələbəyə çatması uzunmüddətli əzmkarlığın və stabil nəticələrin göstəricisi kimi qiymətləndirilir.
Qeyd edək ki, liqada 100 və daha çox qələbə qazanan tennisçilər xüsusi “100-lər Klubu”na daxil edilirlər.
Xatırladaq ki, Tennis.az liqasında 100 qələbə səddini ilk dəfə Yadigar Məmmədli aşmışdır. Daha sonra bir sıra tennisçilər bu göstəriciyə nail olmuşlar. Hazırda “100-lər Klubu”nun üzvləri və onların liqa qələbələrinin sayı aşağıdakı kimidir:
- Yadigar Məmmədli — 162
- Zaur Bayramov — 162
- Zaur Məmmədzadə — 159
- Fuad Ağayev — 144
- Aurélien Prost — 142
- Azər Səfərov — 136
- Tayyar Tan — 135
- Ziya Ələkbərov — 129
- Əziz Manafov — 118
- Umut Gündoğan — 117
- İrfan Səmədov — 111
- Vüsal Bağırov — 109
- Emil Məmmədov — 100
- Elçin Manafov — 100
