DÜNYA
Dünyanın bir nömrəli tennisçisi karyerasını başa vurdu
Böyük Dəbilqə turnirinin üçqat qalibi, dünyanın bir nömrəli qadın tennisçisi Eşli Barti 25 yaşında peşəkar karyerasını başa vurub.
Avstraliyalı idmançı bu barədə Qadın Tennis Assosiasiyasının rəsmi saytına açıqlama verib.
O bildirib ki, artıq başqa məqsədlərə çatmağa çalışmağın vaxtıdır: "Kiçik yaşlarımdan tennis oynayıram. Artıq 18 yaşım olanda uzun fasilə vermişdim. Həmin vaxt, sadəcə, normal yeniyetmə həyatı yaşamaq və bundan həzz almaq istəyirdim. Tennis bütün arzularımı və hətta daha çoxunu həyata keçirdi. Düşünürəm ki, artıq raketkaları atmaq zamanı çatıb".
Qeyd edək ki, Eşli Barti 2019-cu ildə "Rolan Qarros" (Fransanın Açıq çempionatı), 2021-ci ildə Uimbldon, bu il isə Avstraliya Açıq Çempionatının qalibi olub.