Azərbaycanlı Ayşən Kərimli beynəlxalq turnirdə möhtəşəm debüt etdi

Azərbaycanlı Ayşən Kərimli beynəlxalq turnirdə möhtəşəm debüt etdi

15 yaşlı azərbaycanlı tennisçi Ayşən Kərimli beynəlxalq səviyyədə ilk çıxışında möhtəşəm nəticə ilə yadda qalıb. O, Misirin Şarm əl-Şeyx şəhərində keçirilən W15 Sharm El-Sheikh turnirində 26 yaşlı amerikalı tennisçi Lauren Jacobs üzərində əzmkar qələbə qazanaraq tennis ictimaiyyətinin diqqətini cəlb edib.

02–08 mart 2026-cı il tarixlərində təşkil olunan yarış qadın tennisçilər arasında keçirilir və turnirin ümumi mükafat fondu 15 000 ABŞ dollarıdır. Gənc idmançı üçün bu turnir beynəlxalq arenada ilk sınaq olsa da, o, təcrübəli rəqibinə qarşı inamlı oyun nümayiş etdirərək uğurlu debütə imza atıb.

Ayşənin məşqçisi Tələt Rəhimov yetirməsinin böyük potensiala malik olduğunu bildirib. O, Kərimlinin beynəlxalq səviyyədə ilk çıxışında qazandığı bu qələbənin gələcək uğurlar üçün mühüm addım olduğunu vurğulayıb.

Qeyd edək ki, Ayşən həm də Azərbaycan Tennis Liqasının iştirakçısıdır və ona mart-aprel aylarında keçiriləcək 62-ci liqa yarışlarında uğurlar arzulayırıq.