ATP
Cokoviç 23-cü "Böyük Dəbilqə" titulunu qazanaraq rekordçu oldu
Novak Cokovic 23-cü Böyük Dəbilqə yarışında qalib gəlib.
O, Rolan Qarrosun finalında Kasper Rudu məğlub edib - 7:6, 6:3, 7:5.
Serbiyalı tennisçi 23-cü Böyük Dəbilqə turnirinin qalibi olub. O, Rafael Nadalı (22 titul) üstələyərək kişilər arasında tennis üzrə yeganə rekordçu olub.
Cokoviç Avstraliya Açıq Çempionatında 10, Uimbldonda 7, Rolan Qarros və ABŞ Açıq Çempionatında 3 titul qazanıb.
Ümumilikdə Cokoviç İvan Lendli geridə qoyaraq karyerasında 94-cü kubokunu alıb. Yalnız Rocer Federer (103) və Cimmi Konnors (109) daha çox mükafata sahibdirlər.