Komandalar arası "Zəfər Günü Kuboku" turniri keçirilib

Komandalar arası "Zəfər Günü Kuboku" turniri keçirilib

8 Noyabr - "Leyla" tennis kompleksində Zəfər Gününə həsr olunmuş komandalar arası "Zəfər Günü Kuboku"🏆 turniri keçirilib.
Turnirdə 2 kişi və 1 qadından ibarət 16 komanda olimpiya sistemində mübarizə aparıb. Turnir maraqlı hadisələrlə yadda qalıb.

Finalda Liza Sokolova, Abbas Səfərov və Sərxan Qarayev üçlüsü, Fərid Dadaşov, Nicat Aslanzadə, Nuray Davudova üçlüsündən üstün olub: 3-2.
Sonda qalib komanda kubok və son model "Yonex" raketkaları (Percept, Vcore Pro, Vcore) ilə təltif edilib. 2-ci yeri tutan komanda "Happy Moon's" restoranından 50 AZN dəyərində kuponlar qazanıb.