Vüsal Bağırov "Gardashlar Mebel Doubles Championship 2023"də çempionluğunu rəsmiləşdirib

Vüsal Bağırov "Gardashlar Mebel Doubles Championship 2023"də çempionluğunu rəsmiləşdirib

29 oktyabr "Gardashlar Mebel Doubles Championship 2023"ün 20-ci turniri keçirilib.

18 cütlüyün mübarizə apardığı turnirin finalında Vüsal Bağırov / Tariyel Şirəliyev cütlüyü Pərviz Həsənli / Əziz Manafov cütlüyünü 6-4 hesabı ilə məğlub edib.

Çempion cütlük bu nəticə ilə hərəyə 70 reytinq xalı qazanıb.

Sonuncu turnirdən sonra reytinq cədvəlinin ilk 5-liyi aşağıdakı kimidir:
1. Vüsal Bağırov - 750 xal
2. Əziz Manafov - 740 xal
3. Fərid Yarıyev - 680 xal
4. Zaur Bayramov - 670 xal
5. Pərviz Həsənli - 660 xal

Beləliklə reytinqdə ilk 5-likdə qərarlaşan idmançılar Gürcüstanın Tbilisi şəhərində keçiriləcək həvəskarlar arasında turnirə dəvətnamə qazandı.