AUSTRALIAN OPEN: TOMMY PAUL KARYERASINDA İLK DƏFƏ GRAND SLAM 1/8 FİNALINA YÜKSƏLİB

AUSTRALIAN OPEN: TOMMY PAUL KARYERASINDA İLK DƏFƏ GRAND SLAM 1/8 FİNALINA YÜKSƏLİB

ABŞ-ı təmsil edən tennisçi Tommy Paul ilk Böyük Dəbilqə seriyalı turnirin 1/4 finalına yüksəlib.

O bu uğura 1/8 finalda İspan rəqibi Roberto Bautista Agut üzərində 6-2 4-6 6-2 7-5 hesablı qələbə qazanmaqla nail olub.

Onun 1/4 finaldakı rəqibinin adı da məlumdur. Bəli, Tommy həmyerlisi Ben Shelton ilə qarşılaşacaq. (Sheltonun matçı haqqında növbəti xəbərdə) O rəqibi haqqında deyib: "1/4 finalda amerikalıya qarşı oynayacağım üçün çox xoşbəxtəm".

Matç 25 yanvar, saat 4:00-da keçiriləcək.

Yeri gəlmişkən Amerikanların Avstraliyadakı uğurlu çıxışı reytinq cədvəlinə də təsir edib. Bu gün açıqlanan yeni reytinq cədvəlində ilk 50-liydə 10 ABŞ-lı tennisçi yer alıb: Taylor Fritz, Frances Tiafoe, Sebastian Korda, Paul, Jenson Brooksby, John Isner, Shelton, JJ Wolf, Reilly Opelka və Brandon Nakashima.