"LAVER KUBOKU" NƏDİR?

"LAVER KUBOKU" NƏDİR?

"Laver Kuboku" - hər biri 6 kişi tennisçidən ibarət 2 komandanın iştirakı ilə hard kortlarda keçirilən tennis turnirdir. Turnir 2017-ci ildən bir il Avropa, bir il ABŞ şəhərində olmaqla hər il "US Open"dən 2 həftə sonra keçirilir. Turnir ATP World Tour proqramına daxil edilməyib, oyunçulara buna görə reytinq xalları verilmir. 

Yarışda 6 Avropa tennisçisi Dünyanın qalan bölgələrindən olan 6 rəqibi ilə qarşılaşır. Hər komandaya tennis əfsanəsi olan komanda kapitanı rəhbərlik edir. 6 oyunçudan 3-ü iyun ayında "Roland Garros"dan sonrakı ATP Singles reytinqinə əsasən vəsiqə qazanır. Digər 3-ü isə kapitanlar tərəfindən seçilir.

Yarış 3 gün davam edir və 12 matç keçirilir (9 fərdi və 3 qoşa). Komandalar 1-ci gündə hər qələbəyə görə 1 xal, 2-ci gündə 2 xal və 3-cü gündə 3 xal qazanır. 13 xal qazanan komanda turnirin qalibi olur. Hər oyunçu ən az 1, ən çox 2 fərdi matç keçirir və 6 nəfərdən ən azı 4-ü qoşa matçlarında iştirak edir. Qalib komandanın hər üzvü 250.000$ məbləğində mükafat qazanır.

Layihənin təşəbbüskarı Rocer Federer məşhur qolf turnirinin formatından - Rayder Kubokundan ilhamlanıb və tennisdə də eynisini yaradıb.