"Gardashlar Mebel Doubles Championship 2024"ün 14-cü turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2024"ün 14-cü turniri keçirilib

15 sentyabr "Gardashlar Mebel Doubles Championship 2024"ün 14-cü turniri keçirilib.

18 cütlüyün mübarizə apardığı turnirin finalında Pərviz Bənənyarlı / Hafiz Mehtiyev cütlüyü Akşin Ələkbərov / Kamil İsmayılov cütlüyünü 6-0 hesabı ilə məğlub edərək çempion olublar. Sonda finalçılara və digər iştirakçılara "Candle Bazar"dan şam və dekorativ qablardan ibarət boxlar hədiyyə edilib.

Xatırladaq ki, oktyabrın sonunda reytinqdə ilk 5-likdə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında turnirə dəvətnamə qazanacaq.