"Gardashlar Mebel Doubles Championship 2024"ün 1-ci turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2024"ün 1-ci turniri keçirilib

9 iyun "Gardashlar Mebel Doubles Championship 2024"ün 1-ci turniri keçirilib.

21 cütlüyün mübarizə apardığı turnirin finalında Pərviz Bənənyarlı / Scott Risner cütlüyü Əziz Manafov / Fuad Hüseynov cütlüyünü 7-5 hesabı ilə məğlub edərək çempion olublar. Çempion cütlük bu nəticə ilə hərəyə 70 reytinq xalı qazanıb.

Xatırladaq ki, oktyabrın sonunda reytinqdə ilk 5-likdə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında turnirə dəvətnamə qazanacaq.