Gardashlar Mebel Doubles Championship 2023-ün 2-ci turniri keçirilib

Gardashlar Mebel Doubles Championship 2023-ün 2-ci turniri keçirilib

18 iyun Leyla Tennis komleksində 20 həftə keçiriləcək reytinqli Gardashlar Mebel Doubles Championship 2023-ün 2-ci turniri keçirilib.

Ümumilikdə 24 cütlüyün qatıldığı turnir maraqlı məqamlarla yadda qalıb.

Gərgin və bərabər səviyyədə keçən turnirin finalında Konstantin Firsov / Inara Hüseynova cütlüyü Umut Gündoğan / Sevda Əliyeva cütlüyünü çətinliklə məğlub edib: 7:6.