Tbilisi-Bakı Dostluq Kuboku 2023" turniri keçirilib

Tbilisi-Bakı Dostluq Kuboku 2023" turniri keçirilib

25-26 noyabr tarixində Gürcüstanın Kaspi şəhərində qarışıq qoşalar arasında "Tbilisi-Bakı Dostluq Kuboku 2023" turniri keçirilib.

16 cütlüyün mübarizə apardığı turnirin finalında Totskalashvili / Bayramov cütlüyü Janelidze / Mammadyarov cütlüyünü 6-2 6-2 hesabı ilə məğlub edərək çempion olub.

Sonda qaliblərə kubok, medal və bütün iştirakçılara xatirə hədiyyələri təqdim edilib.

Turnirdə ölkəmizi "Gardashlar Mebel Doubles Championship 2023" turnirində nümunəvi çıxışına görə Vüsal Bağırov, Əziz Manafov, Zaur Bayramov, Pərviz Həsənli, Yadigar Məmmədli, Sərxan Qarayev, Kamran Axundov, habelə Azər Məmmədyarov, Ziya Bağırzadə və Ənvər Qasımov təmsil ediblər.

#tennisaz #tennis #azerbaijan #tennisazerbaijan #bakutennis