"Gardashlar Mebel Doubles Championship 2023"ün 18-ci turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2023"ün 18-ci turniri keçirilib

15 oktyabr "Gardashlar Mebel Doubles Championship 2023"ün 18-ci turniri keçirilib.

15 cütlüyün mübarizə apardığı turnirin finalında Bəhruz Rüstəmov / Zaur Bayramov cütlüyü Pərviz Həsənli / Vüsal Bağırov cütlüyünü 7-5 hesabı ilə məğlub edib. Bu Zaur Bayramovun 4-cü, Bəhruz Rüstəmovun isə ilk çempionluğu olub.

Çempion cütlük bu nəticə ilə hərəyə 70 reytinq xalı qazanıb.

Son turnirdən sonra reytinq cədvəlinin ilk 5-liyi digər aşağıdakı kimidir:
1. Əziz Manafov - 650 xal
2. Vüsal Bağırov - 650 xal
3. Zaur Bayramov - 650 xal
4. Fərid Yarıyev - 620 xal
5. Pərviz Həsənli - 600 xal

Xatırladaq ki, oktyabrın sonunda reytinqdə ilk 5-likdə qərarlaşan idmançılar Gürcüstanın Tbilisi şəhərində keçiriləcək həvəskarlar arasında turnirə dəvətnamə qazanacaq.