Australian Open turnirinin kişilərdə qalibi müəyyənləşib

Australian Open turnirinin kişilərdə qalibi müəyyənləşib

"Australian open" tennis turniri  başa çatıb.

22 yaşlı tennisçi Yannik Sinner son görüşündə qalib gələrək turnirin qalibi olub. 

Yannik Sinner final matçında Daniil Medvedyevlə qarşılaşıb.

3 saat 44 dəqiqə davam edən görüşün ilk 2 setində məğlub olan italiyalı raketka ustası oyunda geri dönüş edib. (3-2)

Qeyd edək ki, Yannik Sinner "Australian open" turnirində kişilərin şəxsi yarışında çempion olan ilk italiyalı tennisçi olub. O eyni zamanda İtaliyaya 48 il sonra Böyük Dəbilqə gətirən kişi tennisçi və Cokoviçdən sonra bu titulu qazanan ən gənc tennisçi kimi tarixə düşüb.