Tennisçilərimiz Dubayda keçirilən turnirdə qalib olublar
26 fevral - 4 mart tarixlərində ITF MASTERS TOUR çərçivəsində Dubayda keçirilən MT200 UAE TOPSPIN turnirində ölkəmiz 10 tennisçi ilə təmsil olunub.
Təmsilçilərimiz arasında Marina Abramenko və Fərəh Şəmsiyeva fərqlənib.
Marina Abramenko 50+ kateqoriyasında bütün rəqiblərini məğlub edərək çempion olub.
Onun oynadığı 3 oyunun nəticəsi belə olub:
Marina Abramenko - Britta Tams(Almaniya): 6-0 6-0
Marina Abramenko - Inka Stever(Almaniya): 6-0 6-0
Marina Abramenko - Rola Hamade(Kanada): 6-0 6-1.
Marina bundan başqa Fərəh Şəmsiyeva ilə birlikdə 40+ kateqoriyasında cütlüklərin yarışında da iştirak edərək çempion olublar. Onlar bütün rəqiblərini üstələyiblər:
Marina Abramenko / Fərəh Şəmsiyeva - Sylwia Mularczyk(Polşa) / Nazneen Rahman(Hindistan): 6-2 6-2
Marina Abramenko / Fərəh Şəmsiyeva - Thania Melhem / Thais Xerfan Melhem(Braziliya): 6-1 6-2
Marina Abramenko / Fərəh Şəmsiyeva - Elena Albrechtsen / Britta Tams(Almaniya): 6-2 6-2
Marina Abramenko / Fərəh Şəmsiyeva - Olga Grazhdanova / Olga Lapina(Rusiya): 6-2 6-2