ROGER FEDERERDƏN HEÇ VAXT QIRILMAYAN REKORDLAR: OT KORTDA 65 OYUNLUQ MƏĞLUBİYYƏTSİZLİK SERİYASI

ROGER FEDERERDƏN HEÇ VAXT QIRILMAYAN REKORDLAR: OT KORTDA 65 OYUNLUQ MƏĞLUBİYYƏTSİZLİK SERİYASI

Karyerasının son hadisəsinə - bir həftə sonra keçiriləcək Laver Kubokuna qədər biz Roger Federerin heç vaxt qırılmayan rekordlarından danışacağıq.

Dünən onun hər biri 5 il ardıcıl olmaqla iki fərqli Böyük Dəbilqə titulu qazanan yeganə tennisçi olması ilə bağlı danışdıq.

Bu gün onun başqa bir tarixi rekordundan danışacağıq:

Ot meydançasında 65 oyunluq qələbə seriyası

2003 və 2008-ci illər arasında ardıcıl 65 ot meydança matçında qələbə Federerə 5-i Uimbldonda, 5-i Halle Opendə olmaqla 10 ardıcıl titul qazandırdı. Bu seriya Açıq Erada bir kişi tennisçi üçün ən uzun seriya idi.

Bu seriyaya 2008-ci ildə Rafael Nadal son qoydu. İspaniyalı tennisçi Uimbldonun finalında 4 saat 48 dəqiqəlik yorucu matçın sonunda nəhayət ki, rekordçunu 6-4, 6-4, 6- 7 (5), 6-7 (8), 9-7 hesabı ilə məğlub etdi.

Federerin 65 qələbəsinin turnirlər üzrə bölgüsü:

  • Halle Open 2003: 5 qələbə
  • Wimbledon 2003: 7 qələbə
  • Halle Open 2004: 5 qələbə
  • Wimbledon 2004: 7 qələbə
  • Halle Open 2005: 5 qələbə
  • Wimbledon 2005: 7 qələbə
  • Halle Open 2006: 5 qələbə
  • Wimbledon 2006: 7 qələbə
  • Wimbledon 2007: 6 qələbə
  • Halle Open 2008: 5 qələbə
  • Wimbledon 2008: 6 qələbə

Federer ot meydançadakı yeganə rekordu bu deyil. O bundan başqa ot meydançada ən çox titul (19 titul) və matç (192 matç) qazanmış tennisçidir. 

Açıq Erada növbəti belə seriya 1976 və 1981-ci illər arasında ardıcıl 41 qələbə qazanan Bjorn Borqa məxsusdur.

OT meydançalardakı ən böyük qələbə seriyaları (kişilər, Açıq Dövr):

65: Roger Federer (2003 Halle - 2008 Wimbledon)
41: Bjorn Borg (1976 Wimbledon - 1981 Wimbledon)
28: Novak Djokovic (2018 Wimbledon - indiyədək)
24: Rod Laver (1969 Wimbledon - 1970 Bristol)
23: John McEnroe (1980 Brisbane - 1982 Queen's Club)
23: Pete Sampras (1994 Wimbledon - 1996 Wimbledon)
23: Pete Sampras (1998 Wimbledon - 2000 Queen's Club)