PİANO HOTEL TENNİS LİQASININ KUBOKU KEÇİRİLƏCƏK

PİANO HOTEL TENNİS LİQASININ KUBOKU KEÇİRİLƏCƏK

Piano Hotel Tennis Liqasının Kuboku 1 oktyabr 2022-ci il tarixində Sea Breeze Resort Tennis kortlarında keçiriləcək. Gün ərzində 2, 3 və 4-cü liqalarının qaliblərinin adları məlum olacaq. Sonda liqalar üzrə qaliblərə kubok və pul mükafatları təqdim ediləcək.

Nəzərinizə çatdıraq ki, 1-ci liqanın qaliblərinin adları artıq bəllidir: Çempion Teymur Dadaşov, 2-ci yerin sahibi İsmail Akıncı, 3-cü yerin sahibi isə Zaur Məmmədzadədir.

Ümumi mükafat fondu: 1500 AZN

1-ci liqanın qalibi – 500 AZN, 2-ci yer – 250 AZN, 3-cü yer – 100 AZN
2-ci liqanın kubokunun qalibi – 200 AZN, 2-ci yer – 100 AZN
3-cü liqanın kubokunun qalibi – 150 AZN, 2-ci yer – 75 AZN
4-cü liqanın kubokunun qalibi – 100 AZN, 2-ci yer – 50 AZN