Australian Open: Djokovic Melburnda 10-cu dəfə çempi̇on olmaqla 22-ci̇ Böyük Dəbi̇lqə ti̇tulunu qazanıb

Australian Open: Djokovic Melburnda 10-cu dəfə çempi̇on olmaqla 22-ci̇ Böyük Dəbi̇lqə ti̇tulunu qazanıb

Serbiyalı tennisçi Novak Djokovic "Australian Open" turnirinin finalında Yunanıstanlı Stefanos Tsitsipasa 6-3 7-6(4) 7-6(5) hesabı ilə qalib gələrək çempion olub. Bu onun Melburndakı 10-cu titulu olub və bu rekord göstəricidir. Ümumilikdə 22-ci titulunu qazanan Djokovic ən çox Böyük Dəbilqə titulu qazanan tennisçilər siyahısına girib.

Ən çox Böyük Dəbilqə titulu qazanan tennisçilər: Roger Federer - 20, Novak Djokovic - 22, Rafael Nadal - 22, Steffi Graf - 22, Serena Williams - 23 titul.

Bu qələbə eyni zamanda çempionu ATP Dünya reytinqində liderliyə qaytarıb.