AUSTRALIAN OPEN: DJOKOVIC 33-CÜ DƏFƏ GRAND SLAM FİNALINDA

AUSTRALIAN OPEN: DJOKOVIC 33-CÜ DƏFƏ GRAND SLAM FİNALINDA

Novak Djokovic bu gün yarımfinal matçında Amerikalı tennsiçi Tommy Paul üzərində parlaq qələbə qazanıb. O rəqibini cəmi üç setdə 7-5 6-1 6-2 hesabıyla məğlub edib. Bununla da Serbiyalı "Australian Open 2023" finalına yüksəlib.

Bu Djokovicin 33-cü Böyük Dəbilqə finalı olacaq. O bu cəhdlərdən 21-də qalib gəlib. O eyni zamanda çempion olarsa Rafael Nadalla eyni qədər - 22-ci Böyük Dəbilqə tituluna sabib olacaq.

Finalda onun rəqibi Yunanıstanlı tennisçi Stefanos Tsitsipasdır. Bu iki tennisçi arasında ümumilikdə 13 oyun keçirilmişdir və qələbə sayına görə Djokovic 10-3 irəlidədir. Son 8 duelin hamısında kortdan qalib ayrılan Djokovic bu dəfə də Tsitsipasa şans vermək istəmir.

Matç 29 yanvar, Bakı vaxtı ilə 12:30-da Melburndakı "Rod Laver Arena"da keçiriləcək.