Anett Kontaveit karyerasını başa vurur

Anett Kontaveit karyerasını başa vurur

Dünyanın keçmiş ikinci raketkası Anett Kontaveit səhhətindəki problemlərə görə Uimledondan sonra peşəkar tennis karyerasını bitirəcək.

27 yaşlı eston tennisçi belindəki problemlə əlaqədar peşəkar tennis karyerası ilə vidalaşacağını açıqlayıb.

Uimbldonun qatılacağı sonuncu turnir olacağını açıqlayan estoniyalı tennisçi aşağıdakı fikirləri söyləyib: 
“Tennis mənə çox şey verdi və öyrətdi”.

Anett Kontaveitin Böyük Dəbilqə turnirlərində ən böyük uğuru 2020-ci ildə qeydə alınıb. O, Avstraliya Açıq çempionatının 1/4 finalına qədər irəliləyib.