DÜNYA
Serbiyalı tennisçi Novak Cokoviç Olimpiya çempionu olub
Serbiyalı raketka ustası Novak Cokoviç “Paris-2024” Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb.
Novak Cokoviç qızıl medalı uğrunda görüşdə ispan Karlos Alkarasla qarşılaşıb. Serbiyalı raketka ustası rəqibini 7-6, 7-6 hesabı ilə məğlub edib.
Serbiya Prezidenti Aleksandar Vuçiç Novak Cokoviçin Olimpiya çempionu olması ilə bağlı paylaşım edib.
Qeyd edək ki, Novak Cokoviç yaşı 30-dan yuxarı Olimpiya Oyunlarının tarixində finala çıxan üçüncü tennisçidir (Rocer Federer, Serena Uilyams).