"LAVER CUP 2022" BAŞA ÇATIB

"LAVER CUP 2022" BAŞA ÇATIB

"Laver Cup 2022" turniri başa çatıb.

Turnir ilk dəfə Dünyalıların xeyrinə başa çatıb.

Bu gün keçirilən matçlarda Avropalılara heç bir şans verməyən Dünya komandası çempion olub.

Avropalı M. Berrettini / A. Murray cütü günün ilk matçında F. Auger-Aliassime / J. Sock çütünə 2-6 6-3 10-8 hesabıyla məğlub olub.

Növbəti matçda F. Auger-Aliassime Avropalı rəqibi N. Djokovic üzərində 3-6 6-7 hesablı qələbə qazanıb. 

Günün üçüncü oyunu həlledici xarakter daşıyıb və bu matçda da Dünya komandası büdrəməyib. F. Tiafoe geri dönüş edərək S. Tsitsipası 1-6 7-6 10-8 hesabıyla məğlub edib.

3-cü günə 8-4 məğlub başlayan Dünya komandası hər qələbəyə görə 3 xal qazanaraq yekun ümumi hesabı 13-8 xeyrinə dəyişib və beləcə turnir Dünya komandasının çempionluğu ilə başa çatıb.

Dünya komandasının heyətini bir daha nəzərinizə çatdıraq: 

TEAM WORLD 2022

1. Felix Auger-Aliassime
2. Taylor Fritz
3. Diego Schwartzman
4. Alex De Minaur
5. Franches Tiafoe
6. Jack Sock
Altelnativ: Tommy Paul
Kapitan: John Mcenroe
Vitse-kapitan: Patrick Mcenroe

Qalib komandanın hər bir üzvü bu çempionluğa görə 250,000$ mükafat qazanıb.