AUSTRALIAN OPEN: RUBLEV ADINI TEZ-TEZ EŞİTDİYİMİZ RUNENİ MƏĞLUB EDİB
Andrey Rublev Danimarkalı tennisçi Holger Runeni məğlub edərək 1/4 finala yüksəlib.
Rod Laver Arenada keçirilən A. Rublevlə H. Runenin duelində ilk 4 set başa-baş keçib: 6-3 3-6 6-3 4-6.
ATP reytinqinin 5-cisi Rublev, final setində 5-2 geridə olmasına baxmayaraq sonda seti taybrekə apara bilib.
Taybrekdə də eyni ssenari olub. Burada Rusiyalı tennisçi 5-0 geriyə düşsə də sonda matçı 9-7 hesabı ilə xeyrinə başa vurub.
Qalib oyunla bağlı bu fikirləri deyib:
“Həyatımda heç vaxt belə matçlarda qalib gələ bilməmişəm, bu ilk idi."
Rublev 1/4 finalda turnirin ən çox qalibi olmuş Djokovic ilə qarşılaşacaq. O bu rəqibi ilə bağlı da fikir bildirib:
“Heç kim Novakla üz-üzə gəlmək istəmir"
Oyun 25 yanvar, Bakı vaxtı ilə gecə yarısı - 4:00-da keçiriləcək.