AUSTRALIAN OPEN: QADINLARIN YARIŞININ FİNALÇILARI BƏLLİDİR

AUSTRALIAN OPEN: QADINLARIN YARIŞININ FİNALÇILARI BƏLLİDİR

Bu gün Avstalian Open turnirinin yarımfinal matçları keçirilib. Burada 2 Belarusiya, 1 Polşa, 1 Qasaxıstanlı tennisçi mübarizə aparıb.

Qazaxıstanlı Elena Rybakina Belarusiyalı rəqibi Victoria Azarenka üzərində 7-6(4) 6-3 hesablı qələbə qazanıb.

Azarenkanın həmyerlisi Aryna Sabalenka isə fərqli olaraq qələbə qazanıb. O Polşalı Magda Linette üzərində 7-6(1) 6-2 hesablı qələbə qazanıb və finala yüksəlib.

Beləliklə bu nəticələr A. Sabalenka və E. Rybakinanı "Australian Open 2023" finalında bir-birinə rəqib edib. İndidən çempionu təxmin etmək çətindir. Hər iki tennisçi turnir ərzində parlaq oyun nümayiş etdirib. Buna qədər tərəflərdən yalnız biri - Elena Rybakina Böyük Dəbilqə seriyalı turnirin qalibi olub. O "Wibledon 2022"nin qalibi olmuşdu.

Turnirin final matçı 28 yanvar, Bakı vaxtı ilə 12:30-da keçiriləcək.