AUSTRALIAN OPEN: NOVAK DJOKOVIC ANDREY RUBLEVİ KEÇƏRƏK YARIMFİNALA YÜKSƏLİB

AUSTRALIAN OPEN: NOVAK DJOKOVIC ANDREY RUBLEVİ KEÇƏRƏK YARIMFİNALA YÜKSƏLİB

Novak Djokovic Austalia Open turnirində parlaq çıxışını davam etdirir.
Bu dəfə onun qurbanı Dünya ATP reytinqində 6-cı olan Rusiyalı tennisçi Andrey Rublev olub.

O cəmi 2 saat ərzində rəqibini 6-1, 6-2, 6-4 hesabı ilə məğlub edib.

Bununla da Djokovic Avstraliya Open turnirindəki çempionluqlarının sayını 10-a çatdırmağa daha da yaxınlaşıb.
Yarımfinalda debütant Tommy Paulla üz-üzə gələcək Djokovic rekordunu yeniləmək üçün mübarizə aparacaq.

Matç 27 yanvar 07:00-da Melburnda keçiriləcək.