Haqqımızda

Məqsədimiz tennis həvəskarlarını bir araya gətirmək, onlara turnir təcrübəsi qazandırmaq və tennisin ölkə üzrə inkişafına və kütləviləşdirilməsinə töhfə verməkdir.

Klub 2007-ci ilin mart ayında Bakı şəhərində təsis olunmuş və fəaliyyət göstərdiyi dövrlərdə müxtəlif adlar altında tanınmışdır. İlkin olaraq “Baku Tennis Club” adı ilə fəaliyyətə başlayan klub, 2015–2018-ci illərdə “Tennis Factory”, 2018–2022-ci illərdə isə “Tennis League” adı ilə uğurlu fəaliyyət göstərmişdir. 2022-ci ilin 15 iyun tarixindən etibarən klub “Tennis.az” brendi altında fəaliyyətini daha da genişləndirmişdir.

2018-ci ilin noyabr ayından etibarən Tennis.az hər ay 100-dən çox tennis həvəskarının iştirak etdiyi “International Tennis League” layihəsini təşkil edir. Bununla yanaşı, klub tərəfdaşlarının dəstəyi ilə müxtəlif ölçülü həvəskar tennis turnirləri də mütəmadi olaraq keçirilir.

Tennis.az, həmçinin xarici ölkələrdə təşkil olunan yarışlarda iştirak etməklə klubun beynəlxalq arenada tanınmasına nail olmuşdur.

Hazırda klub Bakı şəhəri, Səməd Vurğun küçəsi 77 ünvanında fəaliyyət göstərir. Klubda tennis oynamaq və bu idman növünü öyrənmək üçün hər cür şərait yaradılmışdır. Siz də Tennis.az klubuna qoşulun və tennisin həyəcanını bizimlə birlikdə yaşayın!

Hər şey öz əlinizdədir!